- Siyasi müzakirə
- 28 Dekabr 2020 23:43
- 4 956
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-in Mətbuat Xidməti idarəsindən AzNews.az-a verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.