NATO-ya Rusiya ilə müharibə lazım deyil NATO-ya Rusiya ilə müharibə lazım deyil

“Qərb və Rusiya arasında müharibə olmayacaq” - Asim Mollzadə

NATO-ya Rusiya ilə müharibə lazım deyil

Ukrayna uğrunda Rusiya və Qərb müharibəyə hazır deyil və buna getməyəcəklər.

AzNews.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun fikrincə, hər iki tərəf müharibənin başlamasından çəkinəcək: “Mən Rusiyanın Ukrayna ilə bağlı genişmiqyaslı hərbi əməliyyatlara gedəcəyini gözləmirəm. Bu, ehtimal olunmur. İndiki halda belə bir müharibə Rusiyaya lazım deyil. Çünki bu istiqamətdə uğur yoxdur, dəhşətli təhlükələr var”.

Asim Mollazadə hesab edir ki, Qərb və NATO-ya da Rusiya ilə müharibə lazım deyil: “Hazırda müharibəyə getmək yalnız böyük təhlükədir. Odur ki, hər iki tərəf müharibədən çəkinəcək və çalışacaq ki, yenidən dondurucu funksiya daşıyan Minsk Qrupunun Ukrayna ilə bağlı fəaliyyətini gücləndirsin. Eləcə də “Normand” formatında danışıqlar prosesinə mümkündür ki, ABŞ da qatılsın. Beləcə gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atılsın”.

AzNews.az