Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır

Dövlət büdcəsindən bu siyasi partiyalara pul ayrıldı

Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır

Dövlət büdcəsindən siyasi partiyalara vəsait ayrılıb.

AzNews.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Modern.az-a bildirib ki, 2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib:

“Bunlar Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Respublikaçı Alternativ Partiyası və Milli Cəbhə Partiyasıdır”.

Onun sözlərinə görə, vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.