“Bu istiqamətdə hakimlərin də üzərinə çox böyük iş düşür” “Bu istiqamətdə hakimlərin də üzərinə çox böyük iş düşür”

“Məhkəmə-hüquq istiqamətində islahatlar dərinləşdirilməlidir” - Qüdrət Həsənquliyev

“Bu istiqamətdə hakimlərin də üzərinə çox böyük iş düşür”

“Ölkəmizdə həqiqətən də məhkəmə-hüquq istiqamətində böyük işlər görülür. Amma hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Bu istiqamətdə hakimlərin də üzərinə çox böyük iş düşür. Bizim konstitusiyanın 96-cı maddəsinə görə, Ali Məhkəmənin qanunvericilik təşəbbüsü hüququ var. Mən əvvəllər də bu məsələni qaldırmışam, çox təəssüf ki, Ali Məhkəmə bu hüququndan təsadüfi hallarda istifadə edir”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili əlavə edib ki, həmin hüquqdan geniş istifadə olunmalıdır: “Biz, hər dəfə qanunvericiliyə icra hakimiyyətinin təşəbbüsü ilə çoxsaylı dəyişikliklər edirik. Məhkəmə-hüquq istiqamətində də hakimlər qanunlar tətbiq edən ali dövlət hakimiyyət orqanının bir qolu kimi boşluqları daha çox görürlər. Ona görə onlar onun təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış etməlidirlər. Ölkəmizdə insan hüquq və azadlıqlarının vəziyyəti, investisiya qoyuluşu, ölkənin iqtisadi və sosial durumu hakimlərin qəbul etdiyi ədalətli qərarlardan çox asılıdır. Xüsusilə ölkəmizin beynəlxalq imici baxımından əhəmiyyətlidir. Ona görə də hesab edirəm ki, hakimlər daha təşəbbüskar olmalıdırlar. Yəni onlar ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsinə töhfə verməlidirlər.
Mən daha iki məsələyə diqqət yetirmək istəyirəm. Bu məsələlərlə bağlı Anar Bağırov Vəkillər Kollegsiyasının sədri təyin olunandan sonra aktiv fəaliyyət göstərir ki, vəkillik institutu ölkənin hüquq sistemində daha layqili yer tutsun. Bir konfransda mən bizim vəkillərin çıxışları ilə tanış oldum. Onlar haqlı olaraq gileylənirdilər ki, bir çox hallarda istintaq orqanları ayrı-ayrı vətəndaşları hansısa bir materialların yoxlanılması zamanı vəkilin iştirakı olmadan onlardan izahat alırlar. Yaxud başlanmış hər hansı cinayət işi üzrə məqsədyönlü şəkildə vəkilin iştirakı olmadan əvvəlcə şahid kimi dindirirlər. Sonradan isə onları təqsirləndirirlər, təqsirləndirilən şəxs kimi onlar qərarla cəlb olunurlar və vəkilin iştirakı olamadan ilkin verdikləri ifadələr də itthamın əsasını təşkil edir. Hakimlərimiz də bunu görürlər, amma bu barədə həm qanunvericiliyimizin təkmilləşdirilməsi istiqamətində, həm də onların müdafiə hüquqlarının pozulmasını nəzərə alıb, qəti addımlar atmırlar. Hesab edirəm ki, bu məsələ nəhayət ki, öz həllini tapmalıdır.
Həbs qəti-imkan tədbirləri ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Mən başa düşürəm ki, dövlət əleyhinə, o cümlədən şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər istisna olmaqla residivistlər barəsində, hansısa cinayətkar qrupun üzvləri ilə bağlı məsələlərdə həbs qəti-imkan tədbiri seçilə bilər. Amma digər hallarda həbs qəti-imkan tədbiri seçilməməlidir. Biz, qanunvericilikdə dəyişiklik etməliyik və girov müqabilində onlar azadlığa buraxılmaldırlar ki, öz müdafiələrini təşkil edə bilsinlər. Yəni təqsirləndirilən şəxsin müdafiə hüququnu onun özündən yaxşı heç kim təşkil edə bilməz. Ona görə də o, məhkəməyə qədər azdlıqda olmalıdırlar. Bu məsələlərlə əlaqədar olaraq istədim ki, bunları hörmətli hakimlərimizin diqqətinə çatdırım. Mən onların hər birinə uğurlar arzulayıram. Bir daha söyləyirəm ki, onlara böyük etimad göstərilib və əminəm ki, onlar bu etimadı doğruldacaqlar”.
Millət vəkili “Dövlət satınalmaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb. Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, bu dəyişikliklərlə beynəlxalq reytinqimiz yüksələcəksə, bu təqdirəlayiq haldır: “Çünki bu, həm də ölkəyə investisiya qoyulması imkanlarını genişləndirir. Amma məqsəd məncə problemin həlli olunmasıdıır. Bizim hamımız bu ölkədə yaşayırıq və bilirik ki, tenderlərdə, dövlət satınalmalaında problem nədir. Birincisi, tenderlərdə bir çox hallarda mallar istehsalçıdan yox, vasitəçidən alınır. Həmin vasitəçilər də onun dəyərini pərakəndə, tutaq ki, Azərbaycanda o mallar satılırsa ondan bir neçə dəfə artıq qiymətə rəsmiləşdirirlər. Bu hər kəsin bildiyi məsələdir və cəmiyyətdə ciddi narazılıq doğurur. Hazırda Qarabağın bərpası prosesi gedir. Bərpa işləri ilə bağlı böyük məbləğdə vəsait laızmdır. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, büdcə vəsaitlərindən səmərəli, qənaətlə istifadə olunmalıdır.
İkinci problem tenderlərdə iştirak edən şirkətlərlə bağlıdır. Bəzən görürsən ki, 1 ay ərzində yaradılmış bir şirkət dəyəri yüzminlərlə, bəzən milyonlarla ölçülən tenderi udur. Buna görə də bu məsələlər qanunvericiliklə tənzimlənməlidir. Tutaq ki, ən azı, müəyyən xidmətlər göstərən, işlər görən şirkətlər öz sahələrində 5 il fəaliyyət göstərməlidir. Hər hansı bir tikinti həyata keçirilərsə ən azı oxşar 3 eyni tipli layihə həyata keçirmiş şirkətlər olmalıdır. Sonra birbaşa istehsalçıdan mallaırn alınması üçün həmin istehsalçı şirkətlərə məktublar göndərilməlidir. Onlar tenderdə iştiraka dəvət olunmalıdılar. Bu bir vəzifə kimi dövlət satınalmasını həyata keçirən mərkəzi hakimiyyət orqanının üzərinə qoyulmaldıır. Əgər biz bunları eləməyəcəyiksə, bu ona oxşayacaq ki, orta səviyyəli tələbə, yaxud şagird sual ətrafında danışır, amma məsələnin məğzinə yaxınlaşmır. Bizim bu əlavə və dəyişikliklər sanki buna oxşayır. Əsas problem hardan qaynaqlanır? Biz o əsas məsələyə toxunmuruq, yaxınlaşmırıq. Bütün bu mənimsəmələr, nöqsanlar söylədiyim 2 məsələdən qaynaqlanır. Birincisi, vasitəçi şirkətdən əmlakın alınması, ikincisi isə saxta yaradılmış şirkətlərin tenderə cəlb olunması və tenderin onlara verilməsi. Bu iki məsələnin aradan qaldırılması üçün qanunda mexanizmlər nəzərdə tutulmalıdır. Yəni həqiqətən də iqtisadi islahatlar həyata keçirmək istəyiriksə, biz bunları etməliyik. Əlbəttə kiçik, məsələn, dəftərxana ləvazimatını dəyəri 10-50 min olan belə tenderlərdə pərakəndə satış yerlərindən də almaq olar. Amma söhbət böyük məbləğlərdən gedir. Bu qanunun 23-cü maddəsinə baxdım. Orada söhbət milyarddan gedir. Hesab edirəm ki, milyard sözü milyon olmaldıır. Yəqin ki, bu texniki səhvdir və ona diqqət yetirilər”.
Millət vəkili növbəti çıxışı zamanı sərhəd qoşunlarına təşəkkürünü ifadə edib: “Parlament tribunasından onlara təşəkkür etmk istəyirəm. Onlar 44 günlük savaşda da böyük qəhrəmanlıq nümayiş etdirdilər. İndi biz bəzən sosial şəbəkələrdə izləyirik ki, sərhədlərimizə soxulmuş erməni əsgərlərini onlar necə böyük mətnliklə, cəsarətlə oradan qovurlar. Yaxşı olar ki, parlament tribunasından onlara öz minnətdarlığımızı bildirək. Onlar görsünlər ki, biz onları izləyirik, onlarla qürur duyuruq”.

Aznews.az