Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub

Prezidentin köməkçisi Şəmkirin yeni icra başçısını kollektivə təqdim edib

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Rəşad Tağıyev qurumun kollektivinə təqdim olunub.

Aznews.az xəbər verir ki, təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində korporativ hüquq üzrə magistr dərəcəsi alıb.

2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

2020-ci ilin dekabrından Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.