"Belə bir təlatümlü dövrdə Lavrovun səfəri boşuna deyil",- Niyaməddin Orduxanlı deyib "Belə bir təlatümlü dövrdə Lavrovun səfəri boşuna deyil",- Niyaməddin Orduxanlı deyib

“Ermənistanın Rusiyadan xəbərsiz addım atması inandırıcı görünmür” - ŞƏRH

"Belə bir təlatümlü dövrdə Lavrovun səfəri boşuna deyil",- Niyaməddin Orduxanlı deyib

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Paşinyan görüş zamanı Ermənistanda səfərdə olan Lavrovdan kömək istəyib. Baş nazir bildirib ki, İrəvan Bakıdan erməni hərbi əsirlərin qaytarılması məsələsində, eləcə də Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesində Moskvanın dəstəyinə ümid edir.
“Ermənistan və Rusiya strateji tərəfdaş və müttəfiqdirlər, ona görə də ikitərəfli səfərlərin intensivliyi yüksək olmalıdır. İkitərəfli münasibətlərin gündəliyi geniş və şaxələndirilmişdir”.

Paşinyanın hiyləsi

Görüş barədə fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Niyaməddin Orduxanlı qeyd edib ki, əslində Ermənistanın Rusiyanın himayəsində olması təbii bir haldır.

Politoloq vurğulayıb ki, son illər İrəvanda hakimiyyət dəyişikliyi baş versə də, Ermənistan bu günə qədər bütün dünyada Rusiyanın for-postu kimi qəbul edilib:

“Hətta Ermənistana Rusiyanın bir subyekti kimi baxılır. Ancaq Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlsə də, o, istənilən vaxtı həm Rusiya, həm Qərb, həm də digər dairələrin vasitələrindən hakimiyyətinin güclənməsi üçün istifadə edir. Nəzərdən qaçırtmamalıyıq ki, bu günə qədər Paşinyan Rusiya və Avropa vasitəsilə Azərbaycanla olan 44 günlük müharibədən sonra öz əsirlərini geri alıb. Ona görə də Paşinyanın növbəti dəfə özünü acınacaqlı duruma salaraq Kremldən kömək istəməsi təbii qarşılanmalıdır. Bu, Paşinyanın növbəti hiyləsidir. 10-20 nəfər əsirin geri qaytarılması, delimitasiya və demarkasiyanın sürətlə aparılması Paşinyan hakimiyyətini gücləndirir. Bu baxımdan o, Rusiya ilə Azərbaycanın yaxın münasibətlərini çox yaxşı bilir və növbəti dəfə bu cür vasitələrlə Kremlin imkanlarından istifadə edib Azərbaycanın dəstəyini qazanmaq istəyir”.

Lavrovun Ermənistana səfəri boşuna deyil

N.Orduxanlının sözlərinə görə, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, ölkə başçısı İlham Əliyev və Paşinyanın Brüsseldəki 6 aprel görüşündən sonra baş nazirin sülh danışıqlarına dair mesajları oldu:

“Birinci Brüssel görüşdən dərhal sonra Paşinyanın Rusiyaya səfəri baş tutdu və Putinlə görüşdü. Brüsseldəki ikinci görüşdən sonra isə Lavrovun Ermənistana səfər etməsi təsadüfi deyil. Bu, onu deməyə əsas verir ki, Rusiya Aİ-na və Qərbin digər mərkəzlərinə göstərmək istəyir ki, bütün hallarda Rusiyasız hansısa sülh sazişinin imzalanması, müəyyən proseslərin baş tutması qeyri-mümkündür. Lavrovun Ermənistana səfərinin də əsas mahiyyəti bununla bağlıdır”.

N.Orduxanlının fikrincə, Rusiyanın bu gün də Ermənistanda təsir imkanları çox böyükdür:

“Ermənistan cəmiyyətindəki revanşist qüvvələr, Koçaryan-Sarkisyan cütlüyü fasiləsiz mitinqlər keçirir, xeyli sayda insan həbs olunub. Yəni belə bir təlatümlü dövrdə Lavrovun səfəri boşuna deyil. Bütün hallarda Ermənistanın Rusiyadan xəbərsiz hansısa addım atması inandırıcı görünmür”.

Aznews.az