Asif Əsgərlinin rəyi Asif Əsgərlinin rəyi

"Status məsələsi Azərbaycan Prezidentinin siyasi xəttində heç vaxt müzakirə olumayacaq”

Asif Əsgərlinin rəyi

"Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində əvvəlki kimi, bir daha həm ölkə, həm dünya ictimaiyyətinə, eləcə də Ermənistanın bütün havadarlarına bir daha qəti şəkildə bəyan etdi ki, Azərbaycan Qarabağ torpağını şanlı ordusu ilə azad etdi. Qarabağda yaşayacaq ermənilər də Azərbaycan vətəndaşları kimi öz yaşayışlarını davam etdirə bilərlər. Azərbaycan vətəndaşlığına qəbul olduqdan sonra hər bir Azərbaycan vətəndaşına aid olan bütün hüquqlar onlara da aid olur. Qarabağda yaşayan ermənilərin heç bir nə muxtar statusu olacaq, nə hansısa bir imtiyazı olacaq. Onlara hər hansısa bir əlavə güzəşt müzakirə mövzusu deyil".

Bu fikirləri saytımıza YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Asif Əsgərli deyib ki, ümumiyyətlə, bu status məsələsi Azərbaycan diplomatiyasının, cənab Prezidentin siyasi xəttində heç vaxt müzakirə olunmur və olunmayacaq da: "Və Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, hər hansı bir zəng və ya müraciət Azərbaycan dövlətini, Azərbaycan Prezidentini fikrindən daşındıra bilməz. Azərbaycan vətəndaşları kimi, Qarabağda yaşayacaq ermənilər də o vətəndaşlar kimi o hüquqlardan da istifadə edəcəklər. Digər məsələ kimi də "Qisas" əməliyyatı bir daha göstərdi ki, Azərbaycan üçtərəfli bəyanatın icrasından sonra baş qaldıran təxribatlara qarşı öz qəti mövqeyini bir daha ortaya qoydu. Hələ bu "Qisas" əməliyyatı deyərdim ki, ən sadə forması oldu. Əgər baş verəcək hər hansı bir təxribat hadisəsi olarsa,m"Qisas"ın davamı da olacaq və bu daha ağır zərbə olacaq".
YAP rəsmisi Laçın dəhlizi ilə bağlı da cənab Prezidentin fikrinin çox qəti və çox təqdirəlayiq olduğunu vurğulayıb: "Bəli, Azərbaycan Laçın dəhlizini də tam nəzarətinə götürəcək. Artıq yeni yol da çəkilir və yeni yol çəkiləndən sonra Laçın şəhərində qanunsuz məskunlaşmış ermənilər oradan köçürülməlidir. Və Azərbaycan vətəndaşları da həmin ərazilərə qayıdacaqlar. Laçında bütün nəzarət tam şəkildə Azərbaycanın tərəfində olacaq. Azərbyacan bütün sərhədlərinə nəzarət etdiyi kimi, öz ərazisində Laçın daxil olmaqla bütün ərazilərə də tam nəzarətini təmin edəcək".