Azərbaycanın ziyanına təsirli ola biləcək heç nə yoxdur Azərbaycanın ziyanına təsirli ola biləcək heç nə yoxdur

Soçidə bir fakt hər şeyi həll etdi - ŞƏRH

Azərbaycanın ziyanına təsirli ola biləcək heç nə yoxdur

31 Oktyabr 2022-ci ildə Soçidə keçirilmiş üçtərəfli Əliyev-Putin-Paşinyan görüşünün sonrakı gedişini daha çox bir fakt həll etdi. Yəni üçtərəfli bəyanatda Azərbaycan üçün prinsipial əhəmiyətli məsələlər barədə ziyanlı və ya arzuolunmaz müddəaların olmasının qarşısını məhz bu fakt kəsdi.

Bu sözləri Soçidəki üçtərəfli görüşü Aznews.az-a şərh edərkən "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq və siyasətçi Aydın Quliyev bildirib.

Həmin faktın nədən ibarət olduğunu şərh edən A.Quliyev deyib: "Bizim Prezident üçtərəfli görüşdən qabaq Putinlə ikitərəfli görüşdə dedi ki, münaqişə artıq tarixdə qaldı, iki il əvvəl həll olundu, bu barədə müzakirə olunası bir şey qalmayıb, iki ölkənin münasibətlərinin normallaşması üçün isə işlər görülməlidir. Əliyevin öncədən qəti inamla dediyi bu sözlər birgə bəyanata Dağlıq Qarabağ, status və digər vaxtı keçmiş sözlərin salınmamasının əsas qarantı oldu. Bəyanatda deyilmiş ümumi sözlərdə isə Azərbaycanın ziyanına təsirli ola biləcək heç nə yoxdur".