"Aksiyanı və tələblərini dəstəkləyirik"- AXP sədri

"Azərbaycan Xalq Partiyası Laçın dəhlizində rus "sülhməramlıları"nın özbaşınalığına qarşı etiraz olaraq dinc aksiya keçirən ictimai fəalların tələblərini müdafiə edir".

Bu barədə AzNews.az-a AXP sədri Pənah Hüseyn məlumat verib.

Sabiq Baş nazir bildirib: "Partiyamız aksiya iştirakçıları ilə tam həmrəyliyini bildirir və onlara qoşulmağa şərait yaradıması üçün müraciət edir".

AzNews.az