"Parlamentdə gənc alimlərin səsi olacam"- Siyasi elmlər doktoru Rizvan Nəbiyev

"Gənclərimizin xarici ölkələrin universitetlərində təhsili ilə bağlı Sərəncama edilən dəyişiklik Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında təsbit olunmuş peşəkar insan ehtiyatlarının hazırlanmasına verilən böyük töhfədir".

Bu barədə 49 saylı İkinci Abşeron Seçki Dairəsindən deputatlığa bitərəf namizəd, diplomat Rizvan Nəbiyev açıqlama verib.

O bildirib ki, 2028-ci ilədək vaxtı uzadılan Dövlət Proqramı çərçivəsində doktorantura pilləsində də təhsil almaq imkanı yaradıldı. Təqaüdçülərin sayı ümumilikdə 500 olacaq"

Deputatlığa namizəd vəd verib ki, parlament üzvlüyünə seçiləcəyi təqdirdə, gənc alimlərimizin parlamentdə səsi olmağa çalışacaq!