Yeni layihəmizin ilk qonağı “Keepface”nin həmtəsisçisi Elşad Yusiflidir Yeni layihəmizin ilk qonağı “Keepface”nin həmtəsisçisi Elşad Yusiflidir
  • Hadisə
  • 18 Oktyabr 2018 16:10
  •  4 987

“Tədbirimizdə robot “Sophia” çıxış edəcək” – "Xeyirli olsun"

Yeni layihəmizin ilk qonağı “Keepface”nin həmtəsisçisi Elşad Yusiflidir

AzNews.az “Xeyirli olsun” layihəsinə start verir.

Rubrikada şirkətləriin yeni layihələri və onların əsas icraçılarına yer ayrılacaq.

“Xeyirli olsun” layihəsinin ilk müsahibi “Keepface” şirkətinin həmtəsisçisi Elşad Yusiflidir.

- Şirkət nə zaman fəaliyyətə başlayıb?

- “Keepface” platforması 2016-cı ildən Azərbaycanda fəaliyyətə başlayıb.

- Şirkətin yaradıcısı kimdir?

-“Keepface”in üç təsisçisi var, üçümüz də azərbaycanlıyıq. Bunu rahatlıqla deyə bilərik ki, “Keepface” Azərbaycan markasıdır. Demək olar, bütün komandamız da azərbaycanlılardan ibratədir.

- Xarici ölkələrdə ofisləriniz var?

- Əəsas ofisimiz və komandamız Azərbaycandadır. Amma ölkələrin bəzilərində də ofislərimiz var ki, bunu yaratmaqda səbəb Azərbaycan brendini dünyaya tanıtmaqdır. Hazırda Dubayda və ABŞ-da ofislərimiz var. Amma ofislərimizin sayını daha da artırmaq istəyirik.

- Kimlərlə çalışırsınız?

- Biz Azərbaycanda bir çox firma, bank və dövlət sektoru ilə bərabər çalışırıq. Əsasən, Azərbaycanda olan dünya brendləri ilə işləməyə çalışırıq ki, xarici bazara çıxanda da həmin brendlər o ölkələrdə olsun və biz onlarla yenidən əməkdaşlıq edə bilək. Əsas strategiyamız budur və hələ ki uğurlu alınır.

- İstifadəçilərin sizə üstünlük vermələri üçün nələr edirsiniz?

- Burda söhbət reklamdan gedir. Ola bilər ki, firmalar “Keepface”-dən sırf reklam üçün istifadə etsin. Amma bəzən olur ki, məhsul çox detallı olur və bu detalları izah etmək lazım gəlir. Bunları detallı şəkildə televiziyada göstərmək çətin olur. Amma bunu sosial mediada etmək daha asandır. Bir də burda ən böyük rolu influencerlər oynayır. Onların öz auditoriyası var və ona inanırlar. İnfluencerlər də bəyəndikləri məhsulu öz auditoriyasına təqdim edir. Burda həm brend, həm də influencerlərin auditoriyaları qazanır.

- Fəaliyyətinizin əsas məqsədi nədir?

-Biz Azərbaycan brendiyik və dediyim kimi, sırf azərbaycanlıların yaratdığı bir brenddir. Bizim xaricdə ofis açmağımızın səbəbi Azərbaycan markasını dünyaya tanıtmaqdır.

- Bildiyimizə görə yaxın günlərdə “Keepface”in tədbiri keçiriləcək...

- Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Heydər Əliyev mərkəzində keçiriləcək. Tədbirdə ilk rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, sonra isə robot “Sophia” çıxış edəcək. Belə deyim ki, tədbirə bir çox xarici ölkədən qonaqlar dəvət olunub. Bunların içində “Facebook” platformasının, “Vouge” jurnalının və başqa tanınınmış media orqanlarının nümayəndələri iştirak edəcək.

Nigar CƏFƏR

AzNews.az