“Yemək bişirməyi sevirəm” “Yemək bişirməyi sevirəm”
  • Hadisə
  • 10 Noyabr 2018 12:38
  •  6 995

“Sənətçi gündəmdə olmalıdır” - Gənc xanəndə ilə “Bir hovur” söhbət

“Yemək bişirməyi sevirəm”

AzNews.az-ın “Bir hovur” layihəsinin bugünkü müsahibi Dördüncü "Muğam televiziya müsabiqəsi”nin iştirakçısı, "Tamaşaçıların rəğbəti” nominasiyasının qalibi gənc xanəndə Ayşən Mehdiyevadır.

- Ayşən xanım, peşəkar musiqi təhsiliniz varmı?
- Peşəkar təhsilim 4-cü sinifdən başlayıb. İlk müəllimim Məmmədbağır Bağırzadə olub. Sonra Qəzənfər Abbasov, Ağaxan Abdullayev, Gülyaz Məmmədovadan dərs almışam. Bülbüll adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışam. Hazırda Dövlət Televiziyasının solistiyəm.
- Sizcə, gündəmdə olmaq sənətçi üçün vacibdir?
- Təbii ki, vacibdir. Amma sənət işləri ilə, qalmaqalla yox...
- Hansısa musiqi alətində ifa etməyi bacarırsınız?
- Kiçik yaşlarımda saz ifa etmişəm. Az da olsa, bacarıram.
- Fikrinizcə, Azərbaycanın muğam ustadı kimdir ?
- Xan Şişinski, Yaqub Məmmədov. İndi də onların gözəl davamçıları var. Düzü, mənim bu şəxsiyyətlər haqqında nəsə deməyə yaşım çatmır.
- Dördüncü “Muğam televiziya müsabiqəsi” haqqında nə deyə bilərsiniz? Bu yerə layiqli namizəd kim idi?
- Əslində yer tutacağım halda səhhətimdəki problemlərə görə son həftədə çıxdım. Lakin ən gözəl mükafatı aldım. “Tamaşaçı rəğbəti” mükafatına layiq görüldüm. Bizim gənc, gözəl ifaçılarımız var. Təbii ki, hamı özünü birinci görür.
- Hansı maraqlı əyləncələriniz var, boş vaxtlarınızın vaz keçilməzləri nədir?
- Boş vaxtlarımı övladlarımla keçirirəm. Yemək bişirməyi sevirəm. Amma buna çox vaxtım olmur.
- İnsanın dincəlməsi üçün ən vacib amil nədir?
- Dincəlmək üçün ən gözəl vasitə musiqidir. Əlbəttə ki, bayağı musiqi yox.
- Sənət və ailə bir-birinə mane olmur ki?
- Qətiyyən. Ailəm mənə həmişə dəstəkdir. Çətinliklər olur bəzən. Uşaq, iş, çəkilişlər, məşqlər. Elə olur ki, çatdıra bilmirik, amma bacardığım qədər o balansı qoruyub saxlamağa çalışıram.

Səidə Nurməmmədli,
AzNews.az

image description image description image description image description