“Bunlar olmazsa, özünü məcbur etməyin mənası yoxdur” “Bunlar olmazsa, özünü məcbur etməyin mənası yoxdur”
  • Hadisə
  • 13 Noyabr 2018 16:27
  •  7 699

Tanınmış bloqger: “Artıq çəkili olmaq çirkin olmaq deyil, pis insan…”- Müsahibə

“Bunlar olmazsa, özünü məcbur etməyin mənası yoxdur”

“AzNews.az-ın “30 altı” layihəsinin bugünkü müsahibi özünəməxsusluğu ilə fərqlənən bloqger Xatirə Yüzbəyovadır.

Xatirə Yuzbəyova aktyor Taleh Yüzbəyovla evlidir, iki övladı var. İxtisasca müəllim olsa da, hazırda rəsmi olaraq işləmir.

- Xatirə xanım, niyə indi hər kəs bloqger olmaq iddiasındadır?
- Sosial media istifadəçilərinin sayı get-gedə artır. Həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Bəzı insanlar sadəcə marağa bloqgerliklə məşğul olmaq istəyirlərsə, bəziləri qazanc əldə etmək üçün edirlər. Gör-götür dünyasıdır. Görürlər, onlar da istəyirlər və başlayırlar.

- Bir bloqger ən çox nəyə önəm verməlidir?

- Bir bloqgerin ən çox önəm verdiyi şey onun təqdim etdiyi kontentin keyfiyyəti olmalıdır. Hansı sahədə məşğul olursa, bu işlə o haqqda bacarığı, anlayışı və çox marağı olmalıdır. Bunlar olmazsa, özünü məcbur etməyin mənası yoxdur.

- Digər bloqgerlərdən fərqiniz nədir və ya fərqlənmək üçün hansısa bir planınız, ideyanız varmı?
- Fərqim olmasa, izləyici məni niyə izləsin? Əlbəttə hər bir bloqgerin özünəməxsusluğu olmalıdır. O qədər planım və ideyam var ki. Sadəcə ana olduğum üçün bütün fikirlərimi bloqgerliyə yönəldə bilmirəm.

- Hazırda bəzi bloqgerlər sadəcə reklamla məşğuldur, insanlara hər hansı bir məlumat çatdırmırlar. Buna münasibətiniz necədir?
- Reklamla məşğul olanlara bloqger deməzdim. Onlar sadəcə izləyici sayı çox olan insanlardır. Bloqger izləyiciyə məlumat ötürməlidir, yararlı olmaldır. Münasibətim normaldır. Pul qazanmaq istəyirlər. Halal xoşları, amma bunun bloqgerliklə əlaqəsi yoxdur.

- Kompleksiz qadınsınız bildiyimiz qədər…
- Kompleksim var idi. Əvvəllər artıq çəkili olmağımı çox kompleks edirdim. İndi isə qətiyyən kompleks etmirəm. İstəyirəm ki, insanlar öz fiziki quruluşları ilə bağlı kompleks etməsinlər. İzləyicilərim həmişə mənə bu mövzuda dəstək olublar. Artıq çəkili olmaq çirkin olmaq deyil, pis insan olmaq mənasına da gəlmir. Hamı eyni çəkidə, eyni saç rəngində, eyni üz quruluşunda ola bilməz ki?! Ona görə də mən son zamanlar kilolu xanımlar üçün daha çox paylaşımlar edirəm. Burdan da səslənirəm: kilonuzu kompleks etməyin, əsas odur ki, beyinlər kompleksli olmasın.

- Taleh Yüzbəyov necə həyat yoldaşıdır?
- Taleh mənim həmişə xəyalını qurduğum həyat yoldaşıdır. Təbii ki, ideal insan yoxdur, hamının mənfiləri də var, müsbətləri də. Talehdə heç bir böyük mənfi xüsusiyyət görməmişəm 4 illik ailə həyatında.

- İkinizin də tanınmış olmağı ailənizdə problem yaratmır ki?

- Heç bir problem yaratmır. Sadəcə artıq daha çox insan bizi tanıyır, getdiyimiz bəzi yerlərdə sərbəst və rahat davranmaq bir az çətin gəlir. Amma xoşdur, insanların səni tanımağı, yaxınlaşıb öz sevgisini bildirməyi. İkimiz də həzz alırıq işimizdən.

Səidə Nurməmmədli,
AzNews.az

image description image description image description image description image description image description image description image description