“İstədiyimi dietologiyada tapdım” “İstədiyimi dietologiyada tapdım”
  • Hadisə
  • 15 Dekabr 2018 12:12
  •  9 569

“Həmişə gözəl vücudlu qadın şəkli çəkirdim...” - Leyla Zülfüqarlı ilə “Bir hovur” söhbət

“İstədiyimi dietologiyada tapdım”

AzNews.az-ın “Bir hovur” layihəsinin bugünkü müsahibi tanınmış həkim, dietoloq Leyla Zülfüqarlıdır.

- Bir az özünüz, təhsiliniz haqda danışmanızı istərdik.

- Mən orta məktəbdə oxuyandan, elə 4-5-ci sinif şagirdi olardım düşünürdüm ki, tibb üzrə təhsil alacam. Həkim olacam. Bu bəlkə də ailəmizdə həkimin olmasından idi. Orta məktəbi bitirəndən sonra Azərbaycan Tibb Universitetinə daxil olmaq istəsəm də, yüksək bal toplamağıma baxmayaraq ödənişli ixtisasa düşdüm, getmədim. Orta tibbi təhsil almaq qərarına gəldim. 2 il 6 aydan sonra mən təzədən sənədlərimi Tibb Universitetinə verdim, Tibbi Biologiya fakültəsinə daxil oldum. Oranı bitirdikdən sonra özəl klinikada gemodializ şöbəsində cərrah köməkçisi kimi çalışmağa başladım. Həmin şöbədə olan çox ağır xəstələri gördüm. Hepotiti olan, şəkəri olan xəstələr ölüm təhlükəsi ilə qarşılaşırdı. Hətta bu xəstəlikdən ölənləri də görmüşdüm. Bundan sonra mən həkim olaraq davam etmək istəsəm də, qandan qorxmaq, cərrahiyə prosesi məni axtarış etməyə vadar etdi. Düşündüm ki, elə bir sahə seçim ki, o tibbin elə sahəsi olsun ki, o insanlara zövq versin.

- Necə oldu ki, dietoloq olmaq qərarına gəldiniz?

- Uşaqlıqdan mənim rəsm çəkmək həvəsim, qabiliyyətim var idi. Həmişə gözəl vücudlu qadın şəkli çəkirdim. İstəyirdim ki, gözəllik, gözəl vücud, tibb hamısı bir arada olsun. Bu istədiyimi mən dietologiyada tapdım.

2010-ci ildə etibarən mən Ukraynada dietologiya üzrə distans təhsil aldım.

2012-ci ildə Türkiyənin İstanbul şəhərində Medipol Universitetində davamlı təhsil sistemi ilə “diet-beslenme” bölümündə təhsil aldım. Bu zaman artıq dietologiyanın çox böyük elm olduğunu anladım. O zaman düşündüm ki, hər bir pəhriz, hər bir insan individualdır.

2013-cü ildən beynəlxalq konfranslara qatılaraq Türkiyədə, Londonda, Praqada, Gürcüstanda dietologiyanın hər sahəsini dərindən öyrəndim.

Bütün bunlardan sonra qərara gəldim ki, tibb iki vur iki deyil. Tibb daima üzərində işləmək deməkdir.

- İnsanların kökəlməsinin səbəbi nədir?

- İnsanların kökəlməsinin 7 səbəbi var. Buna endokrim sistem səbəb ola bilir, mədəaltı , qalxanvari, psixoloji durum, hormonal , ginekoloji dəyişiklik səbəb ola bilir. Stress, ekoloji, sosial amillər, ailə mühitindəki gərginlik.

- Sizdən məsləhət aldıqdan sonra şikayətlənənlər olub?

- Bilirsiniz, məsləhət alıb, məsləhəti düzgün başa düşməyənlər şikayətlənirlər. Mən məsləhətimdə demişdim, çay, çay içində darçın çubuğu için. Həmin şəxs bir həftə o çayı içmək əvəzinə darçını çeynəyirmiş. Bunu eşidəndə çox təəccübləndim. Bunun normal şəkildə izahını vemişəmsə şikayətlənmək əvəzinə, anlaya bilərdi.

- Dietasız, asanlıqla arıqlamağın yolları varmı?

- Maksimum 8-10 kq aralığında artıq çəkiniz varsa, heç bir rejimsiz artıq çəkidən azad ola bilərsiniz.

-Köklük sonsuzluğa səbəb olur deyirlər. Bu düzgün fikirdir?

Bəli, bu konkret belədir. Köklük sonsuzluğa səbəb olur. Kökluüyün sonsuzluğa aparan yolu nədir? Yumurtalığın ətrafını piy toxuması basması nəticəsində polikistik over sindiromu ortalığa girə bilir ki, bu zaman həmin xanımların nəinki, qadınətrafı yağlanması çoxalır, eyni zamanda daxili yağlanması çoxalır. Bu zaman yumurtalıqların fəaliyyəti zəifləyir, bu da dolayısı ilə sonsuzluğa səbəb ola bilir.

- Bir dietoloq olaraq mədəkiçiltmə əməliyyatına münasibətiniz necədir?

- Bir dietoloq olaraq mədəkiçiltmə əməliyyatına qarşıyam. Mənim dietamın elə özəllikləri var ki, həmin dieta ilə 70-80 kilonu da atmaq olar. Əgər mədəkiçiltmə əməliyyatı mənim dietamın qarşısında acizdirsə, mən əməliyyatı təbii ki, alqışlaya bilmərəm.

Amma onu da qeyd edim ki, bu bir elmi iş olduğu üçün bunu inkar da etmirəm”.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description