Azərbaycan Prezidentinin çıxışı dünyaya bir mesajdır Azərbaycan Prezidentinin çıxışı dünyaya bir mesajdır
  • Hadisə
  • 4 Oktyabr 2019 15:35
  •  4 643

"Azadinform": İlham Əliyevin çıxışı Azərbaycan xalqının fikirlərini tam əks etdirir

Azərbaycan Prezidentinin çıxışı dünyaya bir mesajdır

“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin dediyi sözlər Azərbaycan xalqının fikirlərini tam əks etdirir”.

Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili hesab edir ki, Azərbaycan Prezidentinin çıxışı dünyaya bir mesajdır: “Bununla dünyaya çatdırıldı ki, Azərbaycan xalqı heç vaxt onun ərazisinin işğalı ilə razılaşmayacaq. Həmçinin Azərbaycan beynəlxalq hüquq normalarının bərqərar olmasını və bərpa edilməsini tələb edir”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan ölkə başçısı Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb.

Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Ləman Hüseynzadə

AZADİNFORM