Bu bəyanatın Rusiya prezidentinin iştirak etdiyi beynəlxalq kürsüdən bildirilməsi Ermənistan tərəfinə ciddi bir mesaj olmalıdır Bu bəyanatın Rusiya prezidentinin iştirak etdiyi beynəlxalq kürsüdən bildirilməsi Ermənistan tərəfinə ciddi bir mesaj olmalıdır
  • Hadisə
  • 4 Oktyabr 2019 15:39
  •  4 722

"Azadinform": Azərbaycan Prezidentinin çıxışından sonra Paşinyan təşviş içindədir

Bu bəyanatın Rusiya prezidentinin iştirak etdiyi beynəlxalq kürsüdən bildirilməsi Ermənistan tərəfinə ciddi bir mesaj olmalıdır

“Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında bir neçə aspekt hər kəsin diqqətini cəlb etdi. Bunlardan biri də Qarabağ Azərbaycandır və nida işarəsi ifadəsi idi. Bu çıxış Ermənistanın Baş naziri Nikol Paşinyanın çağırışına cavab olaraq verildi”.

Bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Prezident İlham Əliyevin “Valday” diskussiya klubunun iclasındakı çıxışını şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, bu bəyanatın Rusiya prezidentinin iştirak etdiyi beynəlxalq kürsüdən bildirilməsi Ermənistan tərəfinə ciddi bir mesaj olmalıdır: “Prezident İlham Əliyevin məlum çıxışından sonra Paşinyan artıq təşviş içindədir. Bundan başqa, birmənalı şəkildə BMT Təhlükəsizlik Şurasının fəaliyyətindəki ikili standartlara da diqqət çəkildi. Bu həm də Beynəlxalq Təhlükəsizlik Şurasına və həmsədr ölkələrə mesaj idi”.

Azərbaycan-Rusiya münasibətlərindən danışan Z.Məmmədov əlavə edib ki, bu münasibətlər artan xətt üzrə inkişaf etməkdədir: “Təsadüfi deyil ki, məhz MDB ölkələri liderləri siyahısında ilk dəvət olunan, eyni zamanda tədbirin azsaylı dövlət başçıları içərisində Prezident İlham Əliyev də yer alıb. Bu da Rusiya prezidentinin Azərbaycan dövlət başçısına verdiyi qiymətin nəticəsidir. Azərbaycanda balanslaşdırılmış və rasional bir xarici siyasət təzahür edir. Rusiya, ABŞ və Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətlərdə hər üç tərəfin bizimlə münasibətlərdə maraqlı olduğu və Azərbaycan milli maraqlarını nəzərə almaları sezilməkdədir. Azərbaycan milli maraqlarını nəzərə alması Prezidentin əsas prioritetidir. Çünki Prezident üçün xalqın və dövlətin maraqları nəzərə alınır. Digər MDB ölkələrinə nəzər yetirsək, bunun tamamilə əksini görürük. Biz heç kimin yanına qaçmırıq, öz milli maraqlarımızı reallaşdırırıq və əgər kimlərsə bizi müttəfiq adlandırırlarsa, onlar da Azərbaycanın maraqlarını reallaşdırmalıdırlar”.

Ləman Hüseynzadə

AZADİNFORM