Riyakar Ermənistan indi də “xalqları sülhə hazırlamaq”dan danışır Riyakar Ermənistan indi də “xalqları sülhə hazırlamaq”dan danışır
  • Hadisə
  • 7 Oktyabr 2019 14:17
  •  5 195

"Musavat": İlham Əliyevin çıxışı düşmən ölkəni silkələyib

Riyakar Ermənistan indi də “xalqları sülhə hazırlamaq”dan danışır

Azərbaycan prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı Ermənistan üçün o dərəcədə ciddi zərbə olub ki, rəsmi İrəvan ardıcıl bəyanatlar verməkdədir. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında isə xalqları sülhə hazırlamağın vacibliyi xüsusi vurğulanır. Cəmi bir neçə gün öncə mülki Azərbaycan vətəndaşını-traktorçunu qətlə yetirən bir ölkənin XİN-i Azərbaycanı sərt ritorikadan çıxış etmək əvəzinə xalqları sülhə hazırlamaq prosesinə töhfə verməyə çağırıb.

Azərbaycan XİN-i isə Ermənistan XİN-in açıqlamasını riyakarlıq adlandırıb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, erməni terror təşkilatı “ASALA”nın rəhbərlərindən biri olan Monte Melkonyanı milli qəhrəman elan ediblər, onun Dağlıq Qarabağ və ətraf bölgələrin mülki əhalisinə qarşı törətdiyi vəhşiliklər bütün beynəlxalq ictimaiyyətə bəllidir. 1992-ci il Xocalıda dinc sakinlərə qarşı törədilmiş soyqırımı, 2011-ci ildə 9 yaşlı Fariz Bədəlovun snayperlə öldürülməsi, 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın “oyuncaq tələsi” ilə qətlə yetirilməsi, 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanın mülki əhalini və mülki obyektləri məqsədyönlü şəkildə hədəfə alması və 6 nəfər mülki şəxsin həlak olması, 2017-ci ilin iyul ayında 2 yaşlı körpə Zəhranın və nənəsinin qətlə yetirilməsi, bir neçə gün öncə dövlət sərhədinə yaxın ərazidə ekskavator sürücüsünün öldürülməsi və digər bu kimi vəhşiliklər Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi işğal və terrorçuluq siyasətinin bariz nümunələridir.

Valday İlham Əliyev ile ilgili görsel sonucu

Mülki azərbaycanlıların qəsdən hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətdir. Bu siyasətin əsasını etnik nifrət, irqi ayrı-seçkilik və ksenofobiya təşkil edir: “Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar siyasətin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, habelə Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti əslində yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı törədilən bir vəhşilikdir. Bütün bu qeyd edilənlər fonunda Ermənistan rəhbərliyinin nə dəyərlərdən, beynəlxalq öhdəliklərdən, nə də demokratiyadan danışmağa heç bir haqqı yoxdur.

Ermənistanın müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” deyə bəyanatla çıxış etməsi, digər yüksək vəzifəli rəsmi şəxsin bir qarış Azərbaycan torpağı azad edilməyəcək deməsi, baş nazirin isə Azərbaycan ərazilərinin anneksiyasına çağırması halında, Ermənistan XİN-in “xalqların sülhə hazırlanmasından” danışması riyakarlıqdan başqa bir şey deyildir. İlk növbədə, Ermənistan rəhbərliyinin sülhə hazırlanmasına ehtiyac vardır".

Politoloq Natiq Miri ile ilgili görsel sonucu

Politoloq Natiq Miri isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hökuməti isterik durumda olduğunu addımbaşı nümayiş etdirir. İrəvanın nəzərinə dəfələrlə çatdırılıb ki, Ermənistan qoşunları ərazilərimizdən çıxarılarsa, Azərbaycan xalqı sülhə hazırdır, sülhə hazır olmayan ermənilərdir: “Xalqları sülhə hazırlamaq məsələsini əvvəllər Minsk Qrupu həmsədrləri də tez-tez dilə gətirirdilər. İndi Ermənistan kimi işğalçı bir ölkənin və toplumun xalqların sülhə hazırlanmasından danışması gülüncdür və hər kəsə bəllidir ki, Ermənistan sülhə hazır deyil, hakimiyyət öz xalqını sülhə hazırlamaq əvəzinə daha da aqressivləşdirməklə məşğuldur. Nikol Paşinyanın və digər hökumət rəsmilərinin təkcə son bir-iki ayda verdiyi bəyanatlar bunun sübutudur.

Azərbaycan torpaqları işğalda olduğu bir vaxtda hansı sülhdən, xalqı hansı sülhə hazırlamaqdan söhbət gedə bilər?

İşğal aradan qalxmadan xalqı sülhə razılaşdırmaq necə mümkündür?! Torpaqlar işğalda ola-ola Azərbaycan xalqını sülh hazırlamaq mümkün deyil. Azərbaycanı torpaqlar işğalda ola-ola xalqı sülhə hazırlamağa çağırmaq və ya vadar etmək Azərbaycan xalqını öz torpağını birdəfəlik itirməyə hazırlamaq deməkdir. Hər kəs, bütün beynəlxalq birlik anlamalıdır ki, heç bir xalq öz tarixi torpağının bir qarışının düşmənə verməyə razı olmaz. Hər kəs bilməlidir ki, beynəlxalq hüquqa əsasən Azərbaycan xalqının öz razılığı olmadan onun bir qarış torpağını belə onun əlindən almaq və kiməsə vermək mümkün deyil".

Politoloq vurğuladı ki, sülhə Ermənistan xalqını hazırlamaq lazımdır və məsələ konkret olaraq bu cür qoyulmalıdır. Torpaqlardan erməni qoşunları çəkilsə, Azərbaycan xalqı sülhə hazırdır: “İşğal davam etdikcə bu mümkün deyil. Ermənistan cəmiyyəti isə sülhə heç bir halda razı deyil. Onlar ərazi naminə statusa belə razı deyillər. Onlar ümumiyyətlə, Dağlıq Qarabağın inzibati hüdudlarından kənardakı işğal etdikləri ərazilərin də qaytarılmasına qarşı çıxırlar. Ermənilər bu mövqedədir. Dağlıq Qarabağa ən yüksək status verilsə belə, ətraf rayonların heç birinin azad olunmasını istəmirlər. Yəni ermənilər hətta buna da hazır deyillər. Ona görə də Ermənistan xalqını sülhə hazırlamalıdırlar”. (“Yeni Müsavat”)