Terrorçular hər hansı teror aktında iştiraklarını təkzib edirlər Terrorçular hər hansı teror aktında iştiraklarını təkzib edirlər

2 rus terrorçu Ispaniyanı qarışdırdı

Terrorçular hər hansı teror aktında iştiraklarını təkzib edirlər


Terrorçular hər hansı terror aktında iştiraklarını təkzib edirlər Şimal qonşumuzun iki vətəndaşı İspaniyada terorçuluqda ittiham edilir. Onlar terror qruplaşmasına daxil olmaqda, partlayıcı maddələr əldə etməkdə və saxlamaqda ittiham olunurlar. AzNews.az aljazeera.com saytına istinadən xəbər verir ki, məhkəmə Əhməd Avar kimi də tanınan Eldar Maqomedov və Məhəmməd Ankari Adamovu iş üzrə təqsirli bilərək onları terror təşkilatı və ya onun ayrı-ayrı hissələrini formalaşdırmaqda təqsirli bilir. Bundan əlavə məhkəmə qətnaməsinə ABŞ, Fransa və Gibraltarın iş üzrə ittihamları da daxil edilib. Maqomedovun 2010- cu ildən Pakistan və Əfqanıstanda terrorçuluq etməsi ilə bağlı məlumatları ABŞ təqdim edib. Maraqlıdır ki, Rusiya qruplaşma ilə bağlı lazımi məlumatları məhkəməyə verməkdən imtina etməyib. Terrorçular isə hər hansı teror aktında iştiraklarını təkzib ediblər və bildiriblər ki, onlar Avropaya yalnız sığınacaq tapmaq məqsədiylə gəliblər.


Sadiq

AzNews.az