Cənubi Azərbaycanda sel 2 nəfəri apardı

Sentyabrın 11-də səhər saatlarında Cənubi Azərbaycanın Meşkin və Ərdəbil şəhərlərində yağan güclü yağışlar nəticəsində sel fəlakəti baş verib. Sel və daşqınlar nəticəsində 2 nəfər həlak olub, 5 nəfər yaralanıb. Təbii fəlakət bir sıra binalara və sosial obyektlərə ziyan vurub.

Ümumilikdə isə 2 gün ərzində yağan yağışlar nəticəsində 10 yaşayış binası və 200-dən çox ticarət mərkəzi ziyan görüb. Müvafiq qurumlar sel fəlakətinin vurduğu ziyanın miqdarını hesablayır. Bölgəyə xilasedicilərdən ibarət qruplar ezam olunub.

Alpər
AzNews.az