Gürcüstanda seksual azlıqlar Saakaşvilini dəstəkləyir

Gürcüstanda "Gürcü arzusu" adlı müxalif qüvvələrdən ibarət koalisiyaya qarşı çıxanların sırasına seksual azlıqların nümayəndələri də qoşulub.
Həftəlik "Сакартвело да мсоплио" dərgisində seksual azlıq nümayəndələrinin bəyanatı yayılıb.

Bəyanat müəllifləri koolisiyanın rəhbəri Bidzinı İvanişviliyə qarşı çıxaraq onu keçmiş ənənələri qaytarmaq cəhdində və seksual azlıqlara qarşı mənfi münasibətdə ittiham ediblər.

Baxmayaraq ki, B.İniaşvili müsahibələrində dəfələrlə seksual azlıqlar da daxil olmaqla bütün azlıqların Gürcüstanın bərabərhüquqlu vətəndaşları olduğunu vurğulayıb.

E.Əlosmanqızı
AzNews.az