Qırğızıstanın adının dəyişdirilməsi ilə bağlı təkliflər verilib Qırğızıstanın adının dəyişdirilməsi ilə bağlı təkliflər verilib

Bu dövlətin adı dəyişdiriləcək

Qırğızıstanın adının dəyişdirilməsi ilə bağlı təkliflər verilib



AKİ press agentliyinin verdiyi məlumata görə, "Aləm" partiyasının lideri Arslanbek Maliev ölkənin adının dəyişdirilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə ölkəni Qırğızıstan yox Qırğızjer adlandırmaq lazımdır. (jer qırğızca yer, yəni məkan bildirir və türk dillərində belə işlənir. "Stan" sonluğu Ostan, farsca yer məkan mənasına gəlir).

Siyasətçinin sözlərinə görə, "stan" sonluğuna görə xarici mətbuatda dəfələrlə Qırğızıstanı Kürdistanla səhv salıblar. Rus dilində ölkəni "Kirqiziə" adlandırmağın məqsədəuyğun olduğunu deyən Maliyev, ingiliscə "Kyrgyzland" sözünün də gözəl tələffüz edilidiyinə diqqət çəkərək, ingilis dilində Qırğızıstanı elə belə də adlandırmağı təklif edib.

Öz növbəsində Qırğızıstan iqtisadiyyatının inkişaf fondunun rəhbəri də ölkənin adının dəyişdirilməsi təklifi ilə çıxış edib. O deyib ki, Qırğızıstanı "Qırğızıstan Birləşmiş Ştatları" adlandırmaq daha məqsədəuyğun olardı.

Bundan əvvəl Qırğızıstan prezidentinin müşaviri Topçubek Turunqaliyev paytaxt Bişkekin adının Manasla əvəz edilməsini təklif etmişdi (müsavat.com)

AzNews.az