"Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv nəyisə gözləməyin mənası yoxdur" "Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv nəyisə gözləməyin mənası yoxdur"

"Artıq açıq şəkildə müharibə elan ediblər" - Elman Nəsirov

"Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv nəyisə gözləməyin mənası yoxdur"

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qarşıdakı aylarda gərginləşməsi ehtimalı arta bilər. Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edirlər ki, o, münaqişənin həlli ilə bağlı güzəştli mövqe ortaya qoymağa hazırlaşır”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

O qeyd edib ki, Ermənistan KİV-i məlumat yayıb ki, Ermənistanın oliqarxları ilə qondarma Dağlıq Qarabağ klanı arasında ittifaq bağlanıb.

"Razılaşmaya görə, onlar Paşinyanı hakimiyyətdən devirənə qədər mübarizə aparacaqlar. Artıq açıq şəkildə müharibə elan ediblər. Belə olan halda, Paşinyandan münaqişənin həlli ilə bağlı konstruktiv nəyisə gözləməyin mənası yoxdur. Ermənilər bir təxribat törətdilər, Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid oldu. Yeni təxribatlara əl atılması istisna deyil”.

Deputat Çingiz Qənizadə də çıxışı zamanı xatırladıb ki, Azərbaycan ordusunun mayoru Aqil Ömərov erməni snayperi ilə vurularaq qətlə yetirilib:

“Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıda olduğu vaxta təsadüf edir. Bir mayorun, bir komandirin yetişdirilməsi üçün Azərbaycan dövləti nə qədər xərc çəkir və bizim atəşkəs rejimi elan etdiyimiz bir dövrdə snayperlərin istifadəsinin qadağa olunmasına baxmayaraq bu hadisə baş verib”.

Milli Məclisin sədri Oqtay Əsədov bu barədə beynəlxalq təşkilatlara məlumat çatdırıldığını deyib:

“Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə işlər aparır. Azərbaycan Milli Məclisinin beynəlxalq təşkilatlardakı nümayəndələrinə tapşırılacaq ki, bu məsələni orada daha yüksək səviyyədə qabartsınlar”.

Elgün

AzNews.az