Pakistandan Hindistana Atom təhdidi

Hindistanın Pakistanın atom bombasına sahib olduğunu unutmaması lazım olduğunu vurğulayan Pakistanın Yoxsulluq və Sosial Müdafiə naziri Şazia Marri, lazım gələrsə bundan istifadə etməkdən çəkinməyəcəklərini qeyd edib.

Aznews.az xəbər verir ki, Pakistan Milli mətbuatında yer alan xəbərlərə görə, Şazia Marri Lahorda keçirdiyi mətbuat konfransında Hindistanı hədələyib və Yeni Dehli müharibəni seçərsə, cavab alacağını bildirib.

Pakistanın səssiz qalmaq üçün nüvə silahı əldə etmədiyini ifadə edən Şazia Marri, necə cavab verəcəklərini bildiklərinidə qeyd edib.

Mövsüm