- Qayıdış
- 19 Dekabr 2022 11:09
- 4 727
Kiyevdə yeni partlayış səsləri eşidilib
Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko səhər saatlarında paytaxtın bəzi yerlərində partlayış səslərinin eşidildiyini bildirib.
Aznews.az xəbər verir ki, Telegram hesabındakı paylaşımında Vitali Kliçko şəhərdə partlayışların baş verdiyini bildirərək, "Paytaxtın Solomyanski və Şevçenkivski rayonlarında çoxlu partlayış səsləri eşidilib" deyə qeyd edib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba da sosial media hesabında qeyd edib ki, Rusiya qüvvələri səhər saatlarında Kiyevə qarşı pilotsuz uçuş aparatları (PUA) hücumları həyata keçirib.
Mövsüm