- Qayıdış
- 23 Dekabr 2022 21:17
- 6 589
Ermənistanda Fransa diplomatına rüşvət verilən pullar oğurlandı
İrəvanın "Zvartnots" hava limanında Fransanın Yekaterinburqdakı baş konsulunun çamadanının kilidi sındırılıb, pulu oğurlanıb.
AzNews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə dekabrın 21-də Ermənistan polisi Xarici İşlər Nazirliyinin Dövlət Protokol Xidmətindən məktub alıb. Məktubda bildirilib ki, noyabrın 5-də Fransanın Yekaterinburqdakı baş konsulu Pyer Alen Koffinier Yerevandakı "Zvartnots" Beynəlxalq Hava Limanında işlədiyi şəhərə uçmaq üçün qeydiyyatdan keçib. Diplomatın əlində kompüter çantası və içərisində pul olan çamadan olub. Rusiyaya çatanda o, çamadanın qırıldığını, pulun götürüldüyünü görüb.
Böyük ehtimalla çemodandan oğurlanan Fransa diplomatına Ermənistanda rüşvət kimi verilən pullardır.
AzNews.az