Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib

İki vətəndaşımız Həştərxanda ağır yol qəzasında öldü

Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib

Rusiya KİV-i xəbər verir ki, hadisə nəticəsində ölən 4 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.

Ehtimal edilir ki, "Toyota Camri" avtomobilinin sürücüsü yolun qarşı zolağına çıxıb, maşın "Skoda Fabia" markalı avtomobillə toqquşub. "Skoda" tamamilə yanıb.

Polis qəza nəticəsində ölənlərin kimliyini müəyyənləşdirib. Bunlar "Toyota"nın sürücüsü və sərnişini olan 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşları, eləcə də "Skoda"nın 1997-ci il təvəllüdlü sürücüsü və Həştərxan sakini olan 22 yaşlı sərnişindir. (report)

© AzNews.az