Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verib. Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verib.

Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verdi

Məhkəmə Telman İsmayılovun qardaşı oğlu barədə qərar verib.

Moskva məhkəməsi 10 milyon dollar girov qarşılığında 2004-cü ildə müğənni Avraam Russonun oğurlanmasında ittiham olunan Çerkizov bazarının sabiq sahibi Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovla bağlı həbs-qətimkan tədbirini dəyişdirib.

Bununla bağlı TASS agentliyi Mərdanovun vəkili Aleksey Smirnova istinadla məlumat yayıb.

“Qərar dərhal qüvvəyə minib, ancaq müəyyən prosedurlar var ki, onları yerinə yetirmək üçün bizə bir neçə gün lazımdır”, - vəkil bildirib.

İstintaq materiallarına görə, 2004-cü ildə törədilən məlum cinayət hadisəsində azı yeddi nəfər iştirak edib. Onlar arasında Telman İsmayılov və qardaşı oğlu, “Praqa” restoranının keçmiş direktoru Zaur Mərdanovun adları hallanır.

Sentyabrın 17-də İstintaq Komitəsi onlara qarşı adam oğurluğu maddəsi ilə cinayət işi başladıb.(oxu.az)

AzNews.az