Rusiyadan Misirə turist axını artacaq Rusiyadan Misirə turist axını artacaq

Misirdə Rusiya sənaye zonası yaradılacaq - 2 prezident Soçidə görüşdü

Rusiyadan Misirə turist axını artacaq

Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Rusiyada rəsmi səfərdə olan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi arasında danışıqlar aparılıb.

Səfər çərçivəsində Rusiyanın və Misirin xarici işlər nazirlikləri arasında Strateji siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb, terrorizmə qarşı mübarizənin əlaqələndirilməsi, Əd-Dabaada Atom Elektrik Stansiyası tikintisi, Misirdə Rusiya sənaye zonası yaradılması, Rusiyadan Misirə turist axınının, habelə Rusiya və Misir şəhərləri arasında birbaşa aviareyslərin bərpa olunması məsələləri müzakirə edilib. (AZƏRTAC)