Rusiyanın Hindistana göndərəcəyi “S-400” zenit raket sistemi iki il ərzində Hindistana çatdırılacaq. Rusiyanın Hindistana göndərəcəyi “S-400” zenit raket sistemi iki il ərzində Hindistana çatdırılacaq.

Rusiya “S-400”lərin Hindistana çatacağı vaxtı açıqladı

Rusiyanın Hindistana göndərəcəyi “S-400” zenit raket sistemi iki il ərzində Hindistana çatdırılacaq.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev deyib.

O, Rusiyanın Hindistana göndərəcəyi “S-400” zenit raket sisteminin iki il ərzində Hindistana çatdırılacağının planlaşdırıldığını açıqlayıb.

Qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi bu ilin oktyabrında Yeni Delhiyə beş ədəd “S-400” göndərilməsi ilə bağlı müqavilə imzalamışdılar.

ABŞ prezidenti Donald Tramp Rusiyaya məxsus “S-400”lərin alınmasının Hindistan üçün müəyyən “nəticələri” olacağını demişdi.

Nurlan AĞA
AzNews.az