73 nəfər dünyasını dəyişib 73 nəfər dünyasını dəyişib

ABŞ Gürcüstanda insanlar üzərində zəhərli kimyəvi preparat sınaqdan keçirir? - Putindən ilginc açıqlama

73 nəfər dünyasını dəyişib

"ABŞ-ın Gürcüstan ərazisində apardığı genetik tədqiqatlar bizi çox narahat edir".

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Soçi şəhərində "Valday" Beynəlxalq diskussiya klubunun yığıncağında deyib.

"Necə mübarizə aparmalı, hamı anlayır ki, heç nə boşluqdan yaranmır və heç yerə itmir. Fəaliyyət qarşıdurmaya bərabərdir və əksinə. Bu baxımdan kimsə belə addımlar atsa, başa düşməlidir ki, bu işlə başqası da məşğul olacaq" - deyə Putin bildirib.

Qeyd edək ki, bu ilin sentyabrında Rusiya müdafiə nazirliyinin mütəxəssisləri Gürcüstanın dövlət təhlükəsizliyinin sabiq naziri İqor Qiorqadze tərəfindən dərc edilən ABŞ-ın hərbi-bioloji proqramının sənədlərini analiz ediblər.

Araşdırma nəticəsində sənədlərdə Bakterioloji silahın ləğvi haqda Konvensiyanın maddələrinin ciddi pozulması aşkar edilib.

Xatırladaq ki, bu Konvensiya 1972-ci ildə ABŞ tərəfindən ratifikasiya edilib.

Oktyabr ayının 4-də Rusiya hərbi qüvvələrinin Radiasiya, kimya və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov qeyd edib ki, Luqara adına Gürcüstan laboratoriyasında insanlar üzərində yüksək zəhərli kimyəvi preparat sınaqdan keçirilib, nəticədə isə 73 nəfər dünyasını dəyişib.

© AzNews.az