"Məni ailəmin, həyat yoldaşımın və valideynlərimin yanına buraxın" "Məni ailəmin, həyat yoldaşımın və valideynlərimin yanına buraxın"

Həbs edilən rus futbolçu məhkəmədə ağladı - Xahiş edirəm ...

"Məni ailəmin, həyat yoldaşımın və valideynlərimin yanına buraxın"

Rusiyanın "Zenit" futbol klubunun həbs edilən oyunçusu Aleksandr Kokorin Moskva şəhər məhkəməsində çıxışı zamanı ağlayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Sport24.ru saytı yayıb.

"Tver məhkəməsi çox ağır cəza tədbiri seçdi. Mən o davada ona görə iştirak etdim ki, həmin şəxslə münaqişəm var idi. Mən təhlükəli cinayətkar deyiləm. Zərər çəkənlərə hər hansı bir təsir vasitəsini seçmirəm. Bundan sonra da istintaqın işinə kömək etməyə hazıram. Xahiş edirəm məni ailəmin, həyat yoldaşımın və valideynlərimin yanına buraxın" - deyə futbolçu bildirib.

Ancaq Moskva şəhər məhkəməsi onu belə yanğılı çıxışına məhəl qoymayaraq həbsdə saxlayıb.

Qeyd edək ki, Kokorin öz dostları ilə oktyabr ayının 8-də Moskvanın mərkəzində kafelərin birində baş verən davanın əsas iştirakçısı olub. Onun dostu, "Krasnodar" klubunun futbolçusu Pavel Mamayev də hazırda həbsdə saxlanılır.

Babək Göyüş

© AzNews.az