İnquşlar sərhədlərin dəyişdirilməsinə etiraz edirlər İnquşlar sərhədlərin dəyişdirilməsinə etiraz edirlər

Sizi bu torpaqlardan sağ buraxmaram - Kadırov inquşlara səsləndi

İnquşlar sərhədlərin dəyişdirilməsinə etiraz edirlər

Xəbər verildiyi kimi sentyabrın 26-da Çeçen və İnquş liderləri - Ramzan Kadırovla Yunus-Bek Yevkurov arasında sərhədlərin dəyişdirilməsi haqda anlaşma əldə edilib. İnquşlar bu anlaşmaya etiraz əlaməti olaraq oktyabr ayının 4-dən başlayaraq aksiyaya başlayıblar.

Çeçenistanda isə bu gün parlamentin spikeri Maqomed Daudov anlaşmanı hazırlayan komissiyanın üzvlərinə orden və fərmanlar verib. Çeçenistan lideri Ramzan Kadırov da inquşların aksiyasına reaksiya verib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Kadırov respublika məmurları ilə görüşdə anlaşmanın qəbul edildiyini xatırladıb və aksiya keçirən inquşlara səslənib.

"Sərhədin bu üzündə çeçen torpağı, o üzündə inquş torpağıdır. Orda etiraz edənlər kütlədir. Siz əgər əsil kişisinizsə və bu torpağı özününkü hesab edirsinizsə, mitinq edin. O zaman buradan sağ getməyəcəksiniz", - deyə Kadırov bildirib.

Babək Göyüş

© AzNews.az