Sergey Lavrov və Con Bolton Moskvada görüşəcəklər. Sergey Lavrov və Con Bolton Moskvada görüşəcəklər.

Con Bolton Rusiya səfərinə hazırlaşır

Sergey Lavrov və Con Bolton Moskvada görüşəcəklər.

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton 22 oktyabrda görüşəcəklər.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Onun sözlərinə görə, Bolton Rusiyaya səfər çərçivəsində prezident Vladimir Putin və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də görüşəcək.

Görüşdə ABŞ və keçmiş SSRİ arasında imzalanmış “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”nın da müakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın həmin sazişə riayət etmədiyini əsas gətirərək müqavilədən çıxacağını açıqlayıb.(qafqazinfo.az)

AzNews.az