Onların axtarışı davam edir Onların axtarışı davam edir

İki məhbus koloniyadan qaçıb

Onların axtarışı davam edir

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində iki məhbus koloniyadan qaçıb.

Bundan əvvəl onlar soyğunçuluq və oğurluğa görə dəfələrlə məhkumluq həyatı yaşayıblar.

Oktyabrın 20-də 24 yaşlı Provorov İvan Sergeyeviç və Urvaçev Rodion Andreyeviçin Anqarskdakı İK-16 koloniyasının ərazisini özbaşına tərk etdikləri məlum olub.

5 il müddətinə azadlıqdan məhrum edilmiş məhbusların axtarışı davam edir. (trend)