Bu, rəsmi Kiyevin Rusiyaya qarşı atdığı addıma cavabdır Bu, rəsmi Kiyevin Rusiyaya qarşı atdığı addıma cavabdır

Kremldən Ukraynaya qarşı sanksiyalar- Putin fərman verdi

Bu, rəsmi Kiyevin Rusiyaya qarşı atdığı addıma cavabdır

Rusiya prezidenti Vladimir Putin rəsmi Kiyevə qarşı xüsusi iqtisadi tədbirlərin görülməsi haqda fərmana imza atıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumat Kremlin saytında yayılıb.

Qeyd edilir ki, bu fərmanın imzalanması rəsmi Kiyevin Rusiyaya qarşı atdığı addıma cavabdır.

Belə ki, Ukrayna Rusiya Federasiyasının vətəndaşlarına və hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər göstərilməsi haqda qərar verib.

Xatırladaq ki, Moskva ilə Kiyev arasındakı münasibətlər Ukraynada baş verən dövlət çevrilişindən sonra pozulub. Nəticədə Krım Rusiyanın tərkibinə daxil olub, Donbassda isə qarşıdurmalar yaranıb.

Babək Göyüş

© AzNews.az