Moskva polisi şübhəli şəxsin dediklərini araşdırır Moskva polisi şübhəli şəxsin dediklərini araşdırır

28 yaşlı oğlan 7 nəfəri öldürdü, polisə təslim oldu - Onların 6-sı qız olub

Moskva polisi şübhəli şəxsin dediklərini araşdırır

Rusiyanın paytaxtı Moskva şəhərində 28 yaşlı Viktor B. adlı oğlan polisə təslim olub və 7 nəfəri öldürdüyünü deyib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, ötən il bir kişini "Moskva tovarnaya" stansiyasının yaxınlığında öldürüb.

Digər 6 nəfəri isə yaşadığı Moldovanın Tiraspol şəhərində qətlə yetirib.

O, əlavə edib ki, Tiraspolda öldürdüklərinin hamısı qız olub: "Qadın cinsinə nifrət edirdim, çünki sevdiyim qız məni buraxmışdı".

Hazırda Moskva polisi şübhəli şəxsin dediklərini araşdırır.

Babək Göyüş

© AzNews.az