Hazırda ekstradisiya yoxlaması aparılır Hazırda ekstradisiya yoxlaması aparılır

İnterpol axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb - Rusiyada

Hazırda ekstradisiya yoxlaması aparılır

İnterpol Rusiyanın Kurqan şəhərində axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Kurqan Vilayəti üzrə İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Azərbaycanda 49 yaşlı taksi sürücüsü münaqişə zamanı sərnişini silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə etməklə döyüb.

Törətdiyi əmələ görə məsuliyyətdən qaçmaq üçün taksi sürücüsü Rusiyanın Kuqran vilayətində gizlənmək qərarına gəlib. Saxlanılan şəxs müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Hazırda ekstradisiya yoxlaması aparılır.

© AzNews.az