Sanksiyalara yüzlərlə fiziki şəxslərin adları salınacaq Sanksiyalara yüzlərlə fiziki şəxslərin adları salınacaq

Ukraynanın bəzi məhsulları Rusiyaya buraxılmayacaq - Medvedev

Sanksiyalara yüzlərlə fiziki şəxslərin adları salınacaq

Ukraynanın bəzi məhsulları Rusiya ərazisinə buraxılmayacaq.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın baş naziri Dmitri Medvedev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ukraynaya qarşı tətbiq ediləcək sanksiyalara yüzlərlə fiziki şəxslərin adları salınacaq.

"Söhbət nədən gedir? Birincisi, onların Rusiya Federasiyasında olan hesabları dondurulacaq. İkincisi, həmin şəxslərin Rusiyadan Ukraynaya pul köçürmələrinə imkan verilməyəcək", - deyə baş nazir vurğulayıb.

Medvedev yaxın günlərdə sanksiyalar haqda qərar veriləcəyini də gizlətməyib.

Babək Göyüş

© AzNews.az