Bolton Rusiyaya səfər çərçivəsində Naməlum əsgərin məzarını da ziyarət edib Bolton Rusiyaya səfər çərçivəsində Naməlum əsgərin məzarını da ziyarət edib

Putinlə gərgin müzakirə, Şoyqu ilə silah danışıqları, Bəşər Əsədin aqibəti... - Boltonun Moskva gündəliyi

Bolton Rusiyaya səfər çərçivəsində Naməlum əsgərin məzarını da ziyarət edib

Xəbər verildiyi kimi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabr ayının 22-də rəsmi səfərlə Moskvaya gəlib.

O, öncə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə rusiyalı Yelena Xusainovanın guya ABŞ-da keçirilən seçkilərə müdaxiləsi, Suriya və Əfqanıstanda baş verən hadisələr müzakirə mövzusu olub.

Müdafiə naziri Sergey Şoyqu ilə görüşdə isə tərəflər strateji hücum silahları haqda düşüncələrini bölüşüblər.

Bu gün Bolton Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov yayıb.

Mənbə bildirir ki, Putin rəsmi qonaqla iki ölkə arasındakı münasibətləri, Suriya və regionda baş verən münaqişələri, strateji təhlükəsizlik məsələlərini müzakirə edib.

Bolton Moskvaya səfəri çərçivəsində Naməlum əsgərin məzarını ziyarət edib.

Babək Göyüş

© AzNews.az