O, Çita şəhərində həbs edilib O, Çita şəhərində həbs edilib

Deputat iki nəfər öldürdü, həbs olundu

O, Çita şəhərində həbs edilib

Rusiyanın İrkutsk şəhər dumasının deputatı Aleksandr Panko 2 nəfərin ölümündə günahlandırılır.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Zabaykal diyarının İstintaq komitəsi idarəsinin mətbuat xidməti yayıb.

Məlumata görə, deputat 20 il öncə iki nəfəri qətlə yetirib.

Söhbət 1997-ci ildə Çita şəhərində itkin düşən iki nəfərin taleyindən gedir.

Müstəntiqlər hesab edirlər ki, onlar cinayət qrupunun üzvləri olublar.

Deputatın Çitada tutulduğu deyilir.

Məhkəmə onun haqqında həbs qərarı verib.

İstintaq davam edir.

Babək Göyüş

© AzNews.az

image description