Con Bolton: "Mən özümlə zeytunları gətirməmişəm" Con Bolton: "Mən özümlə zeytunları gətirməmişəm"

"Niyə sizin gerbinizdəki qartal bütün zeytunları yeyib?"- Putindən Boltona tərs sual

Con Bolton: "Mən özümlə zeytunları gətirməmişəm"

Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşdə ABŞ-ın gerbində nə təsvir edildiyini öyrənməyə çalışıb.

O, xatırladıb ki, ABŞ gerbindəki emblem dəniz qartalı simvolunu özündə əks etdirir, hansı ki onun pəncəsində 13 ox və 13 barı olan zeytun budağı var.

Bundan sonra Putin qonağa belə sual verib: "Niyə sizin dəniz qartalı bütün zeytunları yeyib, yalnız oxları qalıb?".

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Ağ Evin rəsmisinin cavabı isə belə olub: "Mən özümlə zeytunları gətirməmişəm".

Xatırladaq ki, Bolton Rusiyaya səfərə oktyabrın 12-də gəlib. Dünən o, Rusiya rəsmilərindən Nikolay Patruşev, Sergey İvanov və Sergey Şoyqu ilə görüşüb.

Babək Göyüş

© AzNews.az