Mərasim dekabrın 15-də İspaniyanın Sevilya şəhərində baş tutacaq Mərasim dekabrın 15-də İspaniyanın Sevilya şəhərində baş tutacaq

Rusiyada qadağan olunan "Stalinin ölümü" filmi - "Avropa Oskarı"na namizəd oldu

Mərasim dekabrın 15-də İspaniyanın Sevilya şəhərində baş tutacaq

Britaniyalı rejissor Armando İannuççinin "Stalinin ölümü" filmi Avropa kino akademiyasının "Ən yaxşı Avropa komediyası" kateqoriyasına namizəd seçilib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı "Deutsche Welle" nəşri yayıb.

31-ci dəfə keçirilən "European Film Award" mükafatının təntənəli mərasimi bu il dekabrın 15-də İspaniyanın Sevilya şəhərində baş tutacaq.

Mütəxəssislər bu mükafatı ABŞ-ın "Oskar" mükafatının ekvivalenti hesab edirlər.

Rusiyada "Stalinin ölümü" filminə bu ilin yanvarında qadağa olunub. Ancaq onun nümayişi "Pioner" kinoteatrında baş tutub, nəticədə isə 280 min rubl dəyərində cərimələnib.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski film haqda bu sözləri deyib:

"Yaşlı nəslin bir çox nümayəndələri çəkilən filmi bizim ölkəmizə, faşizm üzərində qələbəmizə, sovet ordusuna və sadə insanlara qarşı təhqir kimi qəbul edir".

Babək Göyüş

© AzNews.az