"O, Çertanovo rayonunda bir neçə qarət hadisəsi törədib” "O, Çertanovo rayonunda bir neçə qarət hadisəsi törədib”

Azərbaycanlı sabiq polis əməkdaşı qadını liftdə öldürdü - FOTO/VİDEO

"O, Çertanovo rayonunda bir neçə qarət hadisəsi törədib”

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvadakı binalardan birinin liftində qadını vəhşicəsinə öldürən şəxsi yaxalayıblar. O, azərbaycanlı sabiq polis əməkdaşıdır.

Bununla bağlı “İnterfaks” gizli mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxs 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rövşən Şabanovdur.

“Məlumdur ki, o, Çertanovo rayonunda bir neçə qarət hadisəsi törədib”, - mənbə qeyd edib.

Şabanov əməlini etiraf edib. Hadisədə şübhəli bilinən ikinci şəxsin axtarışları davam edir.

Xatırladaq ki, hadisə noyabrın 6-sı axşam saatlarında baş verib. 52 yaşlı qadın evinin liftinə daxil olan zaman iki nəfər onun arxasınca binaya girib.

İlkin ehtimallara görə, hadisə qarət məqsədilə törədilib. Qadının cüzdanında cəmi 2 min rubı (30 dollar - red.) olub. Qonşular bildiriblər ki, hadisə zamanı qadının qışqırıq səsini eşidiblər.

Hazırda Şabanov Moskvadakı bazarların birində satıcı işləyir. (Oxu.Az)

© AzNews.az