Rusiyanın xarici ticarət dövriyyəsi - 150 milyard dollara çatdı

Rəsmi Moskvanın ümumi ticarət dövriyyəsi 504 milyard dollara yüksəlib

Rusiyanın xarici ticarət dövriyyəsi 150 milyard dollara çatıb. Bu da ötən illə müqayisədə 63 faiz artım deməkdir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda informasiya Rusiya Federal Gömrük Xidməti tərəfindən yayılıb.

Bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında ölkənin ixracatı 27,7 faiz artaraq 2017-ci ilin eyni dövrünə nisbətən 327 milyard dollara, idxal isə 8 faiz artaraq 177 milyard dollara çatıb.

Yanvar-sentyabr dövründə Rusiyanın ümumi ticarət dövriyyəsi 20,1 faiz artaraq 2017-ci ilə nisbətən 504 milyard dollara qalxıb. Sözügedən dövrdə xarici ticarətin dövriyyəsi 63 faiz artaraq 150 milyard dollar olub.

İlk doqquz ayda Rusiyanın ən böyük ticarət ortağı olan Çinlə ticarət həcmi əvvəlki ilə görə 27,8 faiz artaraq 78,8 milyard dollara qalxıb.

Türkiyə ilə ticarət isə 25,9 faiz artaraq 19,4 milyard dollara yüksəlib. Rəsmi Ankara Rusiyanın ən böyük 5-ci ticarət ortağı olub.

Babək Göyüş

AzNews.az