Onun saçlarının parik olduğu da irəli sürülür Onun saçlarının parik olduğu da irəli sürülür

Rusiyalı senator bu saç düzümü ilə vəzifəsini itirə bilər

Onun saçlarının parik olduğu da irəli sürülür

Fərqli saç düzümü ilə həm Rusiya xalqının, həm də xaricdən gələn qonaqların marağını çəkən Hakasiya respublikasından senator seçilən Valentina Petrenkonun üzv olduğu Birləşmiş Rusiya partiyası bölgədə keçirilən seçkini uduzub. Bu baxımdan onun kreslosunu itirəcəyi gözlənilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xakasiya Respublikasını təmsil Petrenko 2001-ci ildən bəri Federasiya Şurasının senatoru olub. Ancaq bölgə qubernatorluğu seçkilərini Kommunist partiyasından Valentin Konovalovun qazanması səbəbi ilə onun səlahiyyəti sona çatacaq.

Petrenko 1980-ci illərdə Sovetlər Birliyi dövründə yaxşı bir siyasi karyera qurmuş, regional hökumətdə vəzifə almış, sonra isə senator olmuşdu. Birləşmiş Rusiya partiyasına daxil olmazdan öncə o, müxalif partiyasının üzvü olub və tez-tez Rusiya televiziyalarının proqramlarında görsənib. Bu səbəbdən də ölkədə siyasətin ən tanınan simalarından birinə çevrilib.

Petrenko fərqli saç düzümü ilə diqqət çəkir və onun bu saçı döyüş gəmisindən quş yuvasınadək bir çox şeyə bənzədilir. Onu zaman-zaman Misir kraliçası Nefertiti, ya da ABŞ-ın istehsal etdiyi "The Simpsons" cizgi filmindəki Marge Simpson xarakterinə bənzədənlər də olur.

Onun saçlarının parik olduğu da irəli sürülür, ancaq rus senator "Buruq saçlıyam. Sadəcə budur" sözlərini deyib.

Petrenko 1993-cü il dekabrın 23-də Rostov-na-Donuda bir məktəbdə 17 uşağı girov götürən terrorçularla görüşmüş, uşaq yerinə özünün girov alınmasını təklif etmişdi. Daha sonra Petrenkoya bu hadisəyə görə "Cəsarət Nişanı" verilmişdi.

Babək Göyüş

AzNews.az

image description