Benzin qıtlığı daha çox Şərqi Sibirdə yaranıb Benzin qıtlığı daha çox Şərqi Sibirdə yaranıb

Rusiyada benzin qıtlığı yarandı - Şok

Benzin qıtlığı daha çox Şərqi Sibirdə yaranıb

Rusiyada yanacaq bazarının nümayəndələri istər pərakəndə, istərsə də kiçik ölçüdə benzin təchizatında problem yarandığından şikayət edirlər. Deyilənə görə, qıtlıq böyük neft şirkətlərinin keçirdikləri iclasdan sonra yaranıb. Belə ki, bu qurumlar daxili bazara nəzərdə tutulan benzin satışında dəyişikliklər ediblər.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bundan sonra onlar ilk növbədə özlərinə aid olan benzin doldurma stansiyalarını təchiz edəcəklər. Bu da yanacağın lokal şəkildə azalmasına gətirib çıxaracaq.

Bu haqda məlumatı "Kommersant" nəşri bazar rəsmilərindən alıb.

Mənbə bildirir ki, benzin qıtlığı daha çox Şərqi Sibirdə yaranıb. Ölkənin mərkəzi rayonlarında isə heç bir qıtlıq aşkar edilməyib.

Ən çox kritik vəziyyət Xantı-Mansiysk muxtar dairəsində qeydə alınıb. Yerli hakimiyyət benzinin və dizel yanacağının satılmasından ötrü gündəlik nəzarət sisteminə keçib.

Babək Göyüş

© AzNews.az