Çoxmillətli imperiyaların taleyi həmişə dağılmaqla nəticələnir Çoxmillətli imperiyaların taleyi həmişə dağılmaqla nəticələnir

Rusiyanın dağılması qaçılmazdır - Putinin sabiq müşaviri

Çoxmillətli imperiyaların taleyi həmişə dağılmaqla nəticələnir

Rusiya hazırkı faciəli proseslərdən qaça bilməyəcək və dağılacaq.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri 2000-2005-ci illərdə Rusiya prezidentinin müşaviri vəzifəsində çalışan Andrey İllarionov səsləndirib.

Onu fikrincə, çoxmillətli imperiyaların taleyi həmişə dağılmaqla nəticələnir:

Hazırda ABŞ-ın Katon institutunun əməkdaşı olan İllarionov qeyd edib ki, ilk imperiyaların dağılması 20-ci əsrin əvvəllərində, 1917-1918-ci illərdə baş verib:

"Bundan sonra bəzi ölkələr hissə-hissə öz torpaqlarını itiriblər. 2-ci mərhələ isə 1990-cı ilin əvvəllərindən başlayıb. O dönəmdən sonra yenə bir çox ölkələr ərazilərini itirməyə başladılar. 3-cü mərhələ də qaçılmazdır. Bu özünü Rusiyada qeyri rus yaşayan bölgələrdə göstərəcək. Unutmaq olmaz ki, ayrılma proseslərində həmişə qan tökülür. Dünya tarixindən bəllidir ki, tektonik gücləri dayandırmaq qeyri-mümkündür".

Siyasətçi vurğulayır ki, Rusiyanın dağılmasından sonra Ukraynaya hərbi təzyiq azalacaq:

"Ancaq bu, Kremldə kimin oturacağından asılı olacaq. İstisna deyil ki, demokratik Ukrayna yeni yaranacaq dövlətlərə, həm də Rusiyanın daha az ağrılı üsulla dağılmasında rəsmi Kremlə yardımçı olacaq.

Babək Göyüş

AzNews.az