Tatarıstan prezidenti Rustam Minnixanov Səkinə Şaymiyevanın ölümü ilə bağlı başsağlığı verib Tatarıstan prezidenti Rustam Minnixanov Səkinə Şaymiyevanın ölümü ilə bağlı başsağlığı verib

Tatarıstanın 1-ci prezidentinin həyat yoldaşı vəfat etdi

Tatarıstan prezidenti Rustam Minnixanov Səkinə Şaymiyevanın ölümü ilə bağlı başsağlığı verib

Tatarıstanın 1-ci prezidenti Mintimer Şaymiyevin həyat yoldaşı Səkinə Şaymiyeva dünyasını dəyişib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Tatarıstan prezidentinin mətbuat xidmətinin rəhbəri yayıb.

Mənbə bildirir ki, Tatarıstan prezidenti Rustam Minnixanov Səkinə Şaymiyevanın ölümü ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, 1937-ci ildə dünyaya gələn Mintimer Şaymiyev 1991-ci ildən 2010-cu ilədək Tatarstana rəhbərlik edib.

Onun həyat yoldaşı, ixtisasca iqtisadçı olan Səkinə Şaymiyeva 1939-cu ildə anadan olub.

1961-ci ildə evlənən cütlüyün iki övladı var.

Babək Göyüş

AzNews.az