Belə görüntü yaranır ki... Belə görüntü yaranır ki...

Qərb Ukrayna faciəsindən dərs çıxarmayıb - Lavrov

Belə görüntü yaranır ki...

Soyuq müharibənin bitməsindən sonra Qərb ölkələri Avroatlantikanın bərabər hüquqlu təhlükəsizliyinin formalaşdırılması üzrə Rusiyanın etdiyi təklifləri rədd etdi.

Bunu “Serb Teleqrafı” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Onlar özlərinin nəzarətində olan geosiyasi məkanın genişləndirilməsi, Avropada yeni bölücü xətlərin yaranması yolunu seçdilər. Qərbin antirusiya fəaliyyətinin nəticələrindən biri Vaşinqton və bəzi Avropa ölkələri tərəfindən 2014-cü ildə Kiyevdə təşkil edilən qiyam oldu. Belə görüntü yaranır ki, Qərb Ukrayna faciəsindən hələ də dərs çıxarmayıb. Bu gün israrlı şəkildə Balkanları da Rusiya əleyhinə plasdarma çevirmək üçün addımlar atılır. Belqrada bunun üçün ciddi təzyiqlər edilir” – deyə o bildirib. (Axar.az)

© AzNews.az