Dmitri Peskov “Rossiya 1” telekanalının efirində aparıcının suallarına cavab verib Dmitri Peskov “Rossiya 1” telekanalının efirində aparıcının suallarına cavab verib

Putinin bədii kitab oxumağa vaxtı az olur – Kremldən açıqlama

Dmitri Peskov “Rossiya 1” telekanalının efirində aparıcının suallarına cavab verib

Xəbər verildiyi kimi sentyabrın 28-də Rusiya prezidenti Vladimir Putinin Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB-nin sammitində sənədlərin imzalanması zamanı Puşkinin “Yevgeni Onegin” əsərini oxuduğu medianın diqqətindən yayınmayıb. Öncə kitab onun solunda masanın üstündə olub. Putin bir neçə sənədə imza atdıqdan sonra kitabı götürüb və səhifələyib. Sonra hansısa sənədə qol çəkib və yenidən kitaba göz gəzdirib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu gün “Rossiya 1” telekanalının efirində aparıcının “Putinin bədii kitab oxumağa vaxtı olurmu?” və “Prezident səfərləri zamanı təyyarənin göyərtəsində əsasən hansı işləri görür?” suallarına cavab verməyə çalışıb.

Bədii kitab sualına Peskovun cavabı qısa olub: “Rusiya prezidentinin bədii kitab oxumağa vaxtı az olur”.

“Təyyarədə isə Putin sənədlər üzərində işləyir. Bilirsiniz ki, hər gün mətbuat xidməti və prezident administrasiyası imzalanmaq üçün fərman və sərəncamlar hazırlayır. Bütün bunlara öncə prezident tərəfindən qol çəkilməlidir. Putin eyni zamanda onun üçün hazırlanan video və yazılı materiallara baxır”. Peskov efirdə belə deyib.

Babək Göyüş

© AzNews.az

image description